İran Quran Xəbər Agentliyi (İQNA): “İSESCO” xəbər bürosunun məlumatından sonra onun ardınca Britaniyanın müsəlman şurası xəbər yaydı. Miladinin son neçə ilində İslam əleyhinə addımların artması və İngilistanın müxtəlif şəhərlərində irqçilərin məscidlərə və müsəlmanların qəbirlərinə hücumu çoxalmışdır.
Bəyannamənin bəzi hissəsində yazılmışdır: Məscidlərin qərəzlə yandırılması, namaz qılanların üzərinə bombaların atılması, məscidlərdə heyvanların ətinin haram elan olunması, təxribatlar, İmam camaata hücumlar, təhdidedici məktubların göndərilməsi və müsəlman ibadətgahlarında və yaşayış yerlərinin qapı və divarlarında İslama qarşı şüarların yazılması keçən və cari il ərzində İngilistanda baş verən ən güclü hücumlardandır.
Bu bəyannamənin davamında qeyd olunub: Rəsmi hesablamalara əsasən, İngilistanda miladi 2010-ci ildə müsəlmanlara qarşı hücumların sayı 1200-ə çatmış və bu rəqəm bu ölkədə İslama qarşı qəzəbin və kinin artmasının göstəricisidir.
Həmçinin islam, təhsil, elm və mədəniyyət təşkilatı İngilistan rəsmilərindən irqçi xalqa qarşı qəti tədbir görməyi və müsəlman xalqının hər baxımdan qorunmasını tələb ediblər.
Aysesku təşkilatı bu bəyannamənin sonunda təkidlə bu ifratçılığın və cəzaların qarşısını almağı istəyərək bildirdi: İslam məscidlərinə və qəbrlərinə ziyan vuranlardan əlavə, bu addımlara təhrik edən gizli qüvvələri taparaq həbs etmək lazımdır.
809901