IQNA

Həzrəti Zeynəb (s)-ın Kərbəlada vəfatının il dönümü mərasiminin keçirilməsi

16:18 - June 20, 2011
Xəbər sayı: 2141367
Xordadın 28-i Əba Əbdillah Hüseyn (ə)-ın hərəmində Həzrəti Zeynəb- Kübranın (s.ə)-ın vəfatının il dönümü mərasimini başlandı.
İQNA Quran Xəbər Agentliyinin məlumatına əsasən, Xordad ayının 27-dən başlayaraq, həm ölkə daxilindən, həm də xaricdən –İraqdan Həzrəti-Zeynəb (s.ə)-ın vəfatının ildönümü mərasiminə zəvvarların axını başlandı.
Hüseyn zəvvarlarının çoxu mərasim keçirilən gün həmin məkana daxil oldular və İmam Hüseyn (ə)-ın mütəhhər hərəminin ətrafında toplaşdılar.
Kərbəlanın mühafizə sistemi də Kərbəlada əzadarların və zəvvarların təhlükəsizliyinin qorunması üçün gücləndirilmiş iş rejiminə keçdi.
İmam Hüseyn (ə)-ın hərəminin kənarında olan bazarlar və ticarət obyektləri bağlandı və Həzrəti Zeynəb (s.ə)-a əzadarlıq məqsədilə qaraya büründü.
Digər bir məlumata əsasən, Nəcəf şəhərinin sakinləri və digər şəhərlərin əzadarları İmam Əli (ə)-ın qızının İmam Hüseyn (ə) ın hərəmində keçirilən vəfatının ildönümü mərasimində iştirak etmişlər. 810571
captcha