IQNA

“Mədineye-Münəvvərə də islam dünyasının mədəniyyət paytaxtı” adlı mətbuat konfransı keçiriləcək

14:20 - July 09, 2011
Xəbər sayı: 2151247
Beynəlxalq şöbə: “Mədineyi- Münəvvərə miladi 2003-cü ildə islam dünyasının mədəniyyət paytaxtı” adlı mətbuat konfransı tir ayının 19-da Mədinə şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): “Orta Şərq” adlı xəbər bürosunun məlumatına əsasən, Ərəbistanın Mədinədəki mədəniyyət nazirliyinin xəbər şöbəsinin müdiri Səlah Əlredadi bu haqda dedi: bu proqram üçün xüsusi bir komitə yaradılmış, proqramlar təşkil olunmuşdur və bu proqramlar sabah iclasda elan olunacaq.
Səlah Əlredadi müsahibəsinin davamında dedi: Mədinənin “İslam dünyasının mədəniyyət paytaxtı” kimi adlandırılması iki il əvvəl islam ölkələrinin xəbər büroları və mədəniyyət nazirlərinin iclasında qərara alındı və həmin dövrdə bu şəhərdə islam ölkələrinin mədəniyyət nazirlərinin 7-ci konfransı keçiriləcək.
Qeyd olunmalıdır ki, İSESCO islam təşkilatı islam şəhərləri arasında Mədinənin xüsusi mövqeyindən, onun islam dünyasının paytaxtı kimi Peyğəmbər (ə)-ın dövründən indiyə kimi Həcc zəvvarlarını qarşılamasına görə bu şəhəri 2013-cü ilin islam paytaxtı kimi təqdim etdi.
Bu hesabata əsasən, islam ölkələrinin mədəniyyət paytaxtı adı ilə islam şəhərlərinin seçilməsi layihəsi ilk dəfə miladi 2004-cü ildə Əlcəzayirdə islam ölkələrinin mədəniyyət nazirlərinin 4-cü iclasında təsdiqlənmişdi.
822331
captcha