IQNA

Qırğızıstanda mübarək Ramazan ayı üçün xüsusi kurslar təşkil olundu

11:51 - July 10, 2011
Xəbər sayı: 2151755
Mədəniyyət və incəsənət şöbəsi: Qırğızıstan Respublikasının müsəlmanları üçün Ramazan ayında bu ölkədə müsəlmanların işləri ilə məşğul olan komitənin təşəbbüsü ilə xüsusi islam təlimi kursları keçirilir.

İran Quran Xəbər Agentliyi (İQNA): “islamsng” xəbər bürosunun məlumatına əsasən, müsəlmanların işləri ilə məşğul olan idarə Qırğızıstan Respublikasının müsəlmanlarına elan etdi ki, bu kursların əsas qayəsi “əxlaq və ailə psixologiyası”dır.
Kurs təlimatçılarının dediyinə görə, bu tədris kursları zöhr və əsr namazından əvvəl və sonra 14 yaşından yuxarı xanımlar və bəylər üçün ayrı-ayrılıqda və odenişsiz şəkildə rus dilində keçirilir.
Qeyd edilməlidir ki, bu gündəlik tədris kurslarından əlavə, islam və müsəlmanlar haqqında “Manasın səsi” radiosunda verlişlər də yayımlanır və orada müsəlman dünyasının hər bir sahəsindən bəhslər ediləcək.
Bu radio verlişlərində “əxlaq dərsləri”ni Qırğızıstanın müftisi CHubak haji Jalilov keçəcək.
822275
captcha