IQNA

16:32 - July 11, 2011
Xəbər sayı: 2152717

Bəhreyndə 6-cı Qurani-Kərim və hədis müsabiqələri keçiriləcək

Beynəlxalq şöbə: 6-cı Qurani-Kərim və Peyğəmbər (s) hədisləri müsabiqəsi cari ilin aban ayının 26-da Bəhreynin Həmd şəhərinin Əbdülrəhman Acur adlı məscidində keçiriləcək.

İran Quran Xəbər Agentliyi (İQNA): Bəhreynin “BNA” xəbər bürosunun məlumatına əsasən, bu müsabiqələri həyata keçirən komitənin rəhbəri Həsən Tayyib bu xəbəri elan etməklə dedi:Bu müsabiqələrdə iştirak etmək istəyənlərin mordad ayının 9-u tarixinə kimi zamanları vardır, qeydiyyata düşə bilərlər.
Bu müsabiqəni keçirən komitə rəhbəri dedi: Bəhreynin islam mərkəzi bütün şəhərlərdə qeydiyyata düşmək üçüm şöbələr nəzərdə tutmuşdur, bu şöbələr bütün sutka boyu fəaliyyət göstərəcək.
Bu komitənin rəisi dedi: Bu müsabiqələr qanuni olaraq Bəhreynli xanımlar və ağalar üçün təşkil olunacaq, komitə hal-hazırda müxtəlif sahələr üzrə münsiflər heyətinin müəyyənləşdirilməsi ilə məşğuldur. 823021
captcha