IQNA

Mübarək Ramazan ayında “Bir milyon Quranın xətmi” adlı internet layihəsi həyata keçiriləcək

16:50 - July 12, 2011
Xəbər sayı: 2153452
Beynəlxalq şöbə: Mübarək Ramazan ayında “Bir milyon Quranın xətmi” adlı layihə bu il Tviter internet şəbəkəsində həyata keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): Qatarda nəşr olunan “Əlşərq” qəzetinin məlumatına əsasən, Tviter ictimai social şəbəkəsində bir milyon istifadəçi üçün müsəlmanları mübarək Ramazan ayında Quran oxumağa həvəsləndirmək məqsədilə icra olunacaq.
“Bir milyon Quranın xətmi” adlı internet layihəsində ayələrin ingiliscə tərcüməsi də Tviter ictimai-sosial şəbəkəsində yerləşdiriləcək cə maraqlananlar qeydiyyata düşmək üçün twitter.com/penquran və www.pen — quran.com saytına müraciət edə bilərlər.
Qatarda nəşr olunan “Əl-şərq” jurnalının nümayəndələri xalqı bu layihədə fəal iştirak etməyə və mənəvi fayda almağa səsləyir.
823599

captcha