IQNA

Riyaz milli muzeyində osmanlı dövrünə aid Quran sərgisi

16:54 - July 12, 2011
Xəbər sayı: 2153455
Beynəlxalq şöbə: Osmanlı dövrünə aid nadir Quran nüsxələrinin sərgisi Ərəbistanın paytaxtı Riyaz şəhərində yerləşən Ərəbistan milli muzeyində keçilirilir.
İran Quran Xəbər Agentliyi (İQNA): “alyaum” xəbər bürosunun məlumatına əsasən, Rusiya Ermitajı Riyaz milli muzeyində sərgi keçirməkdə əsas məqsədi Osmanlı dövrünə aid Qurani-Kərim nüsxələri ilə bütün xalqın tanış olması və bu cür qədim abidənin ümumilli səviyyəyə qaldırılmasıdır.
Bu sərgidə Yaxın və Orta Şərq ölkələrində tapılan tarixi əşyalar və abidələr məcmuəsi yenidən təmir edilərək Riyaz milli muzeyində sərgiyə qoyulacaq. Rusiya Armitaj muzeyinin rəhbəri Mixayıl Biyutrofski bu barədə dedi: Osmanlı dövrünə aid Quran nüsxəsinin dəyərləndirilməsi üçün Milli Riyaz universitetində tədqiq olunacaq.
Yaxın Şərq elə bir termindir ki, Qərbi Asiyanın bir hissəsini, o cümlədən Fələstin, İordaniya, Suriya, Liviya, Türkiyə, İraq ərazisini bildirmək üçün istifadə edilir.
823519
captcha