İran Quran Xəbər Agentliyi (İQNA): Bu mərasim Hindistanın “Cəfəriyyə” təşkilatının təşəbbüsü ilə tir ayının 26-sı yerli vaxtla 22-dən başlayaraq sübh azanına kimi davam edəcək.
Bu mərasim Zəngipur əyalətinin görkəmli qariləri tərəfindən Qurani-Kərim ayələrinin tilavəti ilə başlanacaq, proqram Qazipur əyalətinin məşhur şairlərinin İmam Zamana (əc) həsr etdikləri mədhiyyələrin söylənməsi ilə davam edəcək.
Sonra isə bu mərasimdə Camiətül-Mustafa (s)-nın sacadlı tələbələrindən olan Höccətülislam vəlmüslimin Mövlana Zülfüqar Əli “İmam Zaman (əc) və onun qeybət dövrü” haqqında çıxış edəcək.
825096