IQNA

Dubayda beynəlxalq Quran müsabiqələrinə dair iclasların keçirilməsi

13:21 - July 20, 2011
Xəbər sayı: 2157087
Beynəlxalq şöbə: Dubayda keçirilən beynəlxalq Qurani-Kərimin əzbərlənməsinin bu dövrki müsabiqələrinə dair seminarlar, xüsusi proqramlar mübarək Ramazan ayından başlanacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): Əmirliklərdə çap olunan “Darol-Xəlic” qəzetinin məlumatına əsasən, bu iclaslarda məşhur Suriya alimi Məhəmməd Rateb Nabelesi ilk olaraq “Quran və müasir həyat” mövzusunda çıxış edəcək. Bunun ardınca Mədinədə “qəba” məscidinin İmam camaatı Saleh Əlməğamesi “Yusif surəsində vəqflər” mövzusu altında çıxış etdi.
Bu layihələr eləcə də Əmirliklərdə məskunlaşmış azlıqlar üçün Dubayın ümumi ictimaiyət zalında müxtəlif dillərdə veriləcək. Buradakı əsas mövzulardan hesab olunan “Quran və ictimaiyyətin çətinliklərinin həlli yolları”, “ Peyğəmbər (s) və böyük şəxsiyyət”, “Nəfslə mübarizə” və s. mövzular benqal dilində olacaq. 827075
captcha