IQNA

Amerikanın ağır atletika müsabiqələrində islam geyimində xanımlar iştirak edib

16:22 - July 21, 2011
Xəbər sayı: 2157514
Beynəlxalq şöbə: İlk dəfədir ki, bir amerikalı müsəlman xanım islam geyimində Amerikanın milli ağırlıq qaldırma müsabiqəsində iştirak etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “clatl” xəbər bürosunun məlumatına əsasən, Atlantikada yaşayan, Georgiya texnologiyaları universitetinin məzunu müsəlman xanım Gülsüm Abdullah islam geyimində ABŞ-da ağırlıq qaldırma müsabiqələrində iştirak edən ilk qadın idi.
Bu ilin tir ayının əvvəllərində Amerikanın ağır atletika idman müəssisəsi tərəfindən Gülsümün bu müsabiqədə iştirak etmək xahişi qəbul edildi. Xanım Abdullah da dərhal özünü tir ayının 24-ü başlanacaq müsabiqələrə hazırladı.
Gülsüm Abdullah bu müsabiqədə öz çəkisi ilə 6 iştirakçı arasında 5-ci yerə sahib oldu. Amma o öz uğurunu ağırlıq qaldıranların geyimindəki dəyişikliklə izah etdi. 828613
captcha