IQNA

Əba Abdullah İmam Hüseyn (ə)-ın zəvvarlarının şikayət və təklifləri elektron şəkildə qəbul edilir

16:24 - July 21, 2011
Xəbər sayı: 2157515
Beynəlxalq şöbə: Müqəddəs İmam Hüseyn (ə) məqbərəsinin Kərbəlada elektron ünvanının işə başlaması nəticəsində bundan sonra Əba Abdullah İmam Hüseyn (ə)-ın zəvvarlarının şikayət və təklifləri elektron şəkildə qəbul ediləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): “Nun” xəbər bürosunun məlumatına əsasən, Müqəddəs İmam Hüseyn (ə) məqbərəsinin elektron-poçt ünvanının nümayəndəsi Əhməd Əli İbadi bu xəbəri elan edərək dedi: Bu müəssisə «opinion@imamhussain.org» saytını işə salmaqla Əba Abdullah İmam Hüseyn (ə)-ın zəvvarlarının şikayət və təklifləri elektron şəkildə qəbul edəcək.
O, əlavə etdi: bundan əlavə, «07700344443» nömrəli əlaqə telefonu da internetdən istifadə edə bilməyənlər üçün açıqdır.
Əhməd Əli İbadi davamında buyurdu: Bunun əsas məqsədi İmam Hüseyn (ə) zəvvarlarının təklif və fikirlərini öyrənərək onlara daha yaxşı xidmətlər göstərmək və münasib imkanlar yaratmaqdır. 828659
captcha