İran Quran Xəbər Agentliyi (İQNA): “İc-el” xəbər bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19-da başlanacaq bu seminarda müxləlif çox saylı alimlər iştirak edərək İmam Zaman (əc)-in qeybi dövründən danışacaqlar.
Bu seminarda “İmam Zaman Ağanın (əc) öz ardıcıllları ilə əlaqəsi”, “İmam Zaman Ağanın (əc) qeybi dövründə fəaliyyəti”, “İmam Zaman Ağa (əc) –nın qeybi haqqında deyilən fikirlərin və məsələlərin səhvləri” , “İmam Zaman Ağaya (əc) təvəssül” və s. mövzular müzakirə ediləcək.
“İmam Zaman Ağanın (əc) qeybə çəkilməsinin səbəbləri və onun ardıcıllarının qeyb dövründəki vəzifələri”, “İmam Zaman Ağanın (əc) 313 köməkçisinin mahiyyəti” və s. mövzular da bu seminarın əsasını təşkil edəcək. 828594