IQNA

11:48 - August 15, 2011
Xəbər sayı: 2170982

İraq parlamenti “Həsən (ə) və Hüseyn (ə)” serialının yayımını qadağan etdi

Beynəlxalq şöbə: Avqustun 13-də İraq parlamentinin nümayəndələri ölkənin peyk kanallarından “Həsən (ə) və Hüseyn (ə)” tarixi serialının yayımına qadağa qoydular.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əlcəzirə xəbər agentliyinin verdiyi məlumata görə, İraq parlamentinin nümayəndələri avqustun 13-də ölkənin peyk kanallarından “Həsən (ə) və Hüseyn (ə)” tarixi serialının yayımını dayandırmağı istədilər.
Parlamentin spikeri Üsamə Nüceyfi parlamentin rabitə və mediya komissiyasından bu serialın peyk kanallarında yayımlanmaması üçün qərar çıxarmalarını istəyib. Bəzi parlament nümayəndələri, İraqın şiə və sünni divan vəqfləri, bəzi alim və mərcəi-təqlidlər ölkədə məzhəbi qarşıdurmanın alovlanmasının qarşısını almaq məqsədilə serialın dayandırılması məsləhət görülüb.
İraq parlamentinin nümayəndələri 20-ci rəsmi toplantılarında 100 vəkilin imzaladığı parlamentin dini işlər üzrə komissiyasının təklifini qəbul edərək serialın yayımını dayandırmaq barədə qərar qəbul etmişlər.
Bundan qabaq Şiə Divan Vəqfinin rəhbəri Əbdülğəfur Samirrai və Sünni Divan Vəqfinin rəhbəri Saleh Heydəri bu serialı dayandırmağı parlamentdən istəmişdilər. Həmçinin Ayətullahil-üzma Seyyid Əli Sistaninin nümayəndəsi keçən həftənin cümə xütbəsində bu barədə demişdi: “Bu televiziya serialı təhrif və yalanlar üzərində qurulmuşdur. Serialı ərsəyə gətirənlər etimad olunmayan tarixi mənbələrdən istifadə etmişlər.” 842877
captcha