İqna Quran Xəbər Agentliyi (İQNA): Asiyanın şərq və cənub-şərq şöbəsindən verilən məlumata görə, indiyə qədər Taylandın cənub bölgəsində məscidlərdə qeyri-rəsmi fəaliyyət göstərən fond artıq rəsmi şəkildə ianə fondu olaraq fəaliyyətinə davam edəvək. Bu qərzul-həsənə fondu ölkənin cənubunda yaşayan müsəlmanlara maliyyə yardımı və müxtəlif xidmətlərlə yardım edəcək. Fondun gələcək aylard abaşqa şəhərlərdə də açılacağı gözlənilir.
Qeyd edilməlidir ki, müsəlmanların rifah halını nəzərə alaraq indiyə kimi bu qərzul-həsənə fondu səyyar xidmət göstərib və minlərlə müsəlman ailələrinə yardım edib.
Fondun hesabında həmçinin depozit əmanətləri, sərmayə yatırımı və həcc depozitləri də mövcuddur. Yeni ailə quranlara kreditlərin verilməsi, uşaqların təhsilinə kömək fondu, xeyriyyə fondu, müsəlmanların məşğuliyyəti üçün sərmayə yatırımları və s. fondun ölkə müsəlmanlarına etdiyi yardımlar sırasındadır. Xatırladaq ki, fond birtərəfli xeyriyyə xidmətləri, kimsəsiz uşaqlara qəyyumluq edərək təhsil haqlarının ödənilməsi kimi işləri də həyata keçirir. 842708