IQNA

12:09 - August 15, 2011
Xəbər sayı: 2171016

Əlcəzair müsəlman alimlər şurasının başçısı dünyasını dəyişdi

Beynəlxalq şöbə: Əlcəzair müsəlman alimlər şurasının başçısı Əbdürrəhman Şeyban avqustun 12-də 93 yaşında vəfat etmişdir.

İqna Quran Xəbər Agentliyi (İQNA): Lexpressiondz xəbər agentliyinin verdiyi məlumata görə, bu xəbərin ardınca ölkə başçısı Əbdüləziz Butefliqa çıxış edərək onun vəfatı münasibətilə ailəsinə və müsəlman Əlcəzair əhalisinə başsağlığı vermişdir.
O, çıxışında demişdir: “Bu mübarək cümə günündə və bu bərəkətli ayda Əlcəzair müsəlman alimlər şurasının başçısı, keçmiş dini işlər naziri Əbdürrəhman Şeyban haqqın dəvətinə ləbbeyk dedi və saleh insanların sirasına qovuşmaq üçün əbədi həyata köçdü. Əbdürrəhman Şeyban imanlı bir ailədə dünyaya gəlmiş və bütün ömrünü İslama və müsəlmanlara xidmət etməkdə keçirtmişdir. O, dini işlər üzrə nazir olduğu vaxtda da ölkənin müsəlman cəmiyyətinə dəyərli xidmətlər etmişdir.”
Əbdürrəhman Şeyban cümə namazından sonra dövlət və din rəsmilərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə doğulduğu Buveyrə vilayətinin Şurfə şəhərində torpağa tapşırılmışdır. 841982
captcha