IQNA

Omanda milli müsabiqədə qalib gələnlər mükafatlandırıldı

16:39 - August 16, 2011
Xəbər sayı: 2172084
Beynəlxalq şöbə: Quranın kamil hifzi və təcvid üzrə keçirilmiş 21-ci “Sultan Qabus” müsabiqəsinin qalibləri avqustun 25-də Sultan Qabus cümə məscidində mükafatlandırıldı.
İqna Quran Xəbər Agentliyi (İQNA): Omandaily xəbər agentliyinin verdiyi məlumata görə, hər il olduğu kimi bu il də Sultan Qabus İslam Mədəniyyət mərkəzinin dəstəyi ilə Quranın kamil hifzi və təcvid üzrə müsabiqə təşkil olundu.
Omanın dövlət rəsmisi Əbdullah ibn Əli Qutbinin nəzarətində keçirilən 21-ci müsabiqənin qalibləri 5 bölmə üzrə mükafatlandırılır. Mükafat alanlar sırasında hər bölmədən 3 nəfər, əlavə olaraq üç ən azyaşlı və dörd əlil iştirakçı da yer alır.
Mərasimdə həmçinin müsabiqəyə daha çox qatılan uşaqların valideynlərinə təşəkkür edilib. Sayca 21-ci müsabiqədə ölkənin müxtəlif yerlərindəki 17 Quran mərkəzindən 617 nəfər qatılıb. 843480
captcha