IQNA

18:13 - August 17, 2011
Xəbər sayı: 2172853

Miçiqanda Ramazan ayı münasibətilə müxtəlif dinlərin ardıcılları bir yerə toplanır

Beynəlxalq şöbə: Amerikanın Miçiqan ştatının Kanton şəhərinin İslam Mərkəzinin dəvəti ilə müxtəlid dinlərin nümayəndələri avqustun 17-də Kanton məscidində toplanırlar

İqna Quran Xəbər Agentliyi (İQNA): Farmington xəbər agentliyinin verdiyi məlumata görə, bu toplantı “Ramazan – ruhun qidası” adı altında keçirilir.
Mərasimdən sonra iftar süfrəsi də veriləcək.

Kanton İslam Mərkəzinin üzvlərindən olan Kristina Runteri bu barədə deyir: “Toplantı müxtəlif dinlərin ardıcıllarının bir-birini tanıması üçün keçirilir. Bu mərasimdə hindulardan, xristianlardan və başqa dinlərdən olan nümayəndələr iştirak edəcək.”

İftar süfrəsindən sonra digər dinlərin nümayəndələri namazın necə qılınmasını öyrənəcək və bu barədə onları maraqlandıran sualları verməklə məlumatlanacaqlar. 844666
captcha