IQNA

Məkkə və Mədinə çapı olan quranlarda səhvlərin olması ilə bağlı xəbərdarlıq

14:14 - August 18, 2011
Xəbər sayı: 2173129
Beynəlxalq şöbə: Ərəbistan Vəqfi nazirliyinin elmi-təhqiqat və mətbuat işləri üzrə müavini Məkkə və Mədinə şəhərlərinin kitab satışı yerlərində və kitabxanalarda çap səhvi olan Quranların satışı ilə əlaqədar xəbərdarlıq edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Nəsic xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan Vəqfi nazirliyinin elmi-təhqiqat və mətbuat işləri üzrə müavini Musaid əl-Hədisi deyib: “Hal-hazırda bariz çap səhvləri olan bəzi quranlar Məkkə və Mədinə şəhərlərinin kitab satışı yerlərində və kitabxanalarda satılmaqdadır. Bunlar əsasən Suriya və Livan nəşriyyat evlərinin çaplarıdır. Bu, daha çox müsəlman olmayanlara aid olan nəşriyyatlardan gələn yanlışlıqdır və onlar sadəcə işin ticarət və mənfəət tərəfini güdürlər.”
O, sonra bunları da əlavə edib: “Təəssüflər olsun ki, bu məsələ Ramazan ayında, Quranın nazil olduğu ayda baş verir və bu Quranlar müqəddəs məkanları ziyarət edənlərə kiçik miqdarda pul əvəzində hədiyyə olunur. Ümrə ziyarətinə gələnlər də məsələdən xəbərsiz olduqları üçün bu quranları alıb öz ölkələrinə aparırlar. Adətən bu quranların qiyməti çox ucuz olur. Ona görə də zəvvarlar bu nüsxələrdən çox sayda alıb aparmağa üstünlük verirlər.” 845158
captcha