IQNA

14:17 - August 18, 2011
Xəbər sayı: 2173131

Somali böhranı ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının fövqəladə görüşü

Beynəlxalq şöbə: İslam Əməkdaşlıq Təşkilatının Somalidəki böhranı müzakirə etmək üçün fövqəladə görüşü avqustun 17-də Türkiyənin İstanbul şəhərində keçirilmişdir.

İqna Quran Xəbər Agentliyi (İQNA): People Daily xəbər agentliyinin verdiyi məlumata görə, toplantı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlikləri səviyyəsində 3 milyondan artıq ac və susuz qalan Somali əhalisinə yardım etmək məqsədilə təşkil olunub.
Toplantıda Türkiyənin baş naziri R. Ərdoğan, xarici işlər naziri Ə. Davudoğlu da iştirak edib, həmçinin iştirakçılar üçün təşkil olunmuş iftar süfrəsinə də qatılıblar.
İslam Əməkdaşlıq Təşkilatının rəhbəri K. İhsanoğlu, Somalinin baş naziri M. Əbdülvali, İ.İ.R-nın iqtisad və təbii sərvətlər naziri Seyyid Şəmsüddin Hüseyni də toplantı iştirakçıları arasında olublar. 845099
captcha