IQNA

Quran sərgisinin beynəlxalq guşəsində Quran sənətkarları görüşdülər

17:21 - August 19, 2011
Xəbər sayı: 2173459
Beynəlxalq şöbə: Quran sərgisinin beynəlxalq guşəsində iştirak edən Quran araşdırmaçıları, xəttatlar və rəssamlar bir araya gəldilər.
İqna Quran Xəbər Agentliyi (İQNA): İmam Xomeyni (r h) müsəllasında keçirilən 19-cu Beynəlxalq Quran sərgisindən verilən məlumata görə, avqustun 17-də İqna Quran Xəbər Agentliyinin guşəsində görüşən iştirakçılar agentliyin informasiya alma və ötürmə üsulları ilə tanış olublar.

Bosniya və Hersoqovinadan Quran xəttatı Münib Rağib İbrahim, məşhur tunisli xəttat Ceylani, Livan universitetinin sənətşünaslıq kafedrasının rəhbəri Riyaz Uveyzə, hindistanlı Quran xəttatı Yusif Hüseyn Quri, hindistanlı Quran araşdırmaçısı Vəsi Əhməd Numani də görüşdə iştirak edirdilər.
Tanışlıdan sonra iştirakçılar tərəfindən “mənəviyyata qayıdış – İslam incəsənətinin mühüm istiqaməti” mövzusunda dəyərli fikirlər səsləndi və İsmal incəsənətinin regiondakı dirçəliş baxımından əhəmiyyəti vurğulandı. 845595
captcha