IQNA

Kərbəladan gələn iştirakçılar İraqda ölkə üzrə keçirilən müsabiqədə qalib gəldilər

17:28 - August 19, 2011
Xəbər sayı: 2173469
Beynəlxalq şöbə: İraqda keçirilən ölkə üzrə 8-ci Quran müsabiqəsi avqustun 15-də Müqəddəs Kazimeyn şəhərində başa çatdı. Kərbəladan gələn iştirakçılar müsabiqənin qalibi oldular.
İqna Quran Xəbər Agentliyi (İQNA): Nun xəbər agentliyinin verdiyi məlumata görə, İraqda keçirilən ölkə üzrə 8-ci Quran müsabiqəsində Müqəddəs İmam Hüseyn (ə) hərəminin Quran qariləri və hafizləri birliyinin nümayəndələri Muhəmməd Tahir İsa və Vail Yəhya Zahir birinci və ikinci yerləri qazandılar.
Kazimeyn şəhərinin Sədr salonunda keçirilən bağlanış mərasimində gözəl Quran qiraətlərindən, Quran barədə şerlər oxunduqdan sonra qaliblərə hədiyyələr verildi.
Müsabiqənin təşkilatçısı Ayətullah Seyyid Hüseyn Sədrin müəssisəsi ölkənin digər Quran müəssisələrindən, qiraət mütxəssislərindən ölkə üzrə müsabiqələrdə iştirak etmək üçün hər yerdə bu məsələlərə önəm verməyi vurğuladı. 845453
captcha