IQNA

11:45 - August 22, 2011
Xəbər sayı: 2174942

Somaliyə kömək məqsədilə İslam cəmiyyətlərinin həmrəyliyinə çağırış

Siyasi və ictimai şöbə: Türkiyənin baş naziri Somaliyə kömək məqsədilə İslam cəmiyyətlərini həmrəyliyə çağırıb.

İqna Quran Xəbər Agentliyi (İQNA): Somalinin paytaxtı Moqadişu şəhərində Somali prezitenti Şərif Şeyx Əhmədlə birgə keçirdiyi brifinqdə Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan deyib ki, ramazan ayında Somalidəki ac və susuzlara yardım göstərmək millətlər arasında sülh və rifahın yaranması üçün böyük fürsətdir.
Ərdoğan Qərb ölkələrini və bəşər hüquqlarını müdafiə etdiklərini iddia edənləri Somali böhranını aradan qaldırmağa, yoxsulluqla mübarizə aparmağa çağırıb. Baş nazir həmçinin Türkiyənin bu ölkədəki səfirliyinə Ankaradan göndərilən yardımları ünvanlarına çatdırmağı tapşırıb. 846589
captcha