IQNA

İslam Əməkdaşlıq Təşkilatı Liviya Milli Keçid Şurasını himayə edəcəyini élan etdi

17:25 - August 24, 2011
Xəbər sayı: 2176387
Beynəlxalq şöbə: İslam Əməkdaşlıq Təşkilatı Qəzzafi rejiminin müxaliflərinin müvəffəqiyyət qazanması münasibətilə bəyanat yayaraq Liviya Milli Keçid Şurasını himayə edəcəyini élan etdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): OCI xəbər agentliyinin verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının sədri Əkmələddin İhsanoğlu Qəzzafi rejiminin müxaliflərinin müvəffəqiyyət qazanmaları və paytaxt Tripoliyə çatdıqlarına görə bəyanat yayaraq Liviya xalqını təbrik etmiş və Liviya Milli Keçid Şurasını himayə edəcəyini élan etmişdir.
O, Liviya xalqının bu nöqtəyə gəlib çatana kimi çoxlu canfəşanlıq etdiklərini vurğulayaraq deyib: “Bu müqavimətdə şəhid olanlara Allahdan rəhmət, yaralılara isə tezliklə sağlamlıqlarına qovuşmalarını istəyirik. Bu tarixi anlarda Liviya xalqından ölkənin bütövlüyünü qorumaq üçün birləşmələrini və Liviya Milli Keçid Şurası ilə vahid rəhbərlik olaraq həmkarlıq etməyi istəyirəm.”
Əkmələddin İhsanoğlu eyni zamanda Qəzzafi tərəfdarlarından silahı yerə qoymağı və Liviya xalqının istəklərini qəbul etməyə çağırıb. O, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən Qəzzafi rejiminin müxaliflərini himayə etməyə çağırıb. 848144

captcha