İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Müsəlman Qardaşlar Hərəkatı Liviya inqilabçılarına xitabən bəyanat yayıb. Bəyanatda deyilir: “Liviyanın yeni dönəmi azadlıq, insan hüquqları, xalq hakimiyyətinin başlanğıcı və diktatorluğa son vermək zamanıdır.”
Bəyanatın sonunda Müsəlman Qardaşlar Hərəkatı bu qələbəyə görə Allaha şükr edib və bu böyük qələbə münasibətilə Liviya xalqını təbrik edib. 848195