İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinin xaricdəki azadlıq cəbhəsinin məsulu Mahir ət-Tahir deyib: “İsrailin işğalçılığı və Beytul-müqəddəsin işğalı məsələsi müsəlman və düşmən siyonizm arasındakı tarixi münaqişədir. İmam Xomeyninin (r h) göstərişi ilə hər il ramazan ayının son cüməsi qeyd olunan Beynəlxalq Qüds günü bu müqəddəs şəhərin ərəb və müsəlman olmasına bir daha təkid edir. Şəhərin ərəb və müsəlman olmasına rəğmən xristian ölkələrində Qüds gününün keçirilməsinin süsusi mənası vardır.”
O, sözünə belə davam edib: “Şərqi Beytul-müqəddəsin 84% ərazisi işğaldan sonra yaşayış yerinə çevrilib və yalnız Beytul-müqəddəsdə 250.000 siyonist məskunlaşmışdır. Bu da bir zamanda baş verir ki, nə ərəb dünyası, nə də İslam ölkələri bu zəmində heş nə demir. Siyonistlərin artıq neçə illər boyu davam edən və addım-adım irəliləyən hal-hazırki siyasəti Qüds şəhərini tamamilə işğal edərək özlərinə paytaxt elan etməkdir.” 849082