İqna Quran Xəbər Agentliyi (İQNA): OİC Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam Konfransı Təşkilatının baş katibi bu bəyanatda deyib: “Ramazan ayı müsəlmanlar üçün nəfsin və ruhun paklandığı bir aydır. Müsəlmanların bir qismi bu bayramı təntənəli surətdə qeyd etmək imkanına malik olsalar da bəzi müsəlmanlar çoxlu maddi problemlər üzündən bayramı layiqincə keçirə bilmirlər. Hal-hazırda Liviya xalqı ölkənin siyasi durumundan çox əndişələnirlər. Somali və digər Afrika ölkələrində isə insanlar qıtlıq və imkansızlıq içində həyat sürürlər.”
İhsanoğlu bayram ərəfəsində bütün dünya müsəlmanlarından Somalidəki dini bacı və qardaşlarına kömək etməyi və onları bu bayramda sevindirməyi tövsiyə edib. 851828