IQNA

10:24 - September 04, 2011
Xəbər sayı: 2180872

Malayziyada “İslam nəzərində elm və texnologiya” mövzusu araşdırılır

Beynəlxalq şöbə: Cari ilin 28-30 noyabr tarixləri arasında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “İslam nəzərində elm və texnologiya” mövzusunda konfrans keçiriləcək.

İqna Quran Xəbər Agentliyi (İQNA): World islam xəbər agentliyinin verdiyi məlumata gцrə, bu konfransda “Quran və hədis mцcьzələri”, “Quranın elmi möcüzələri”, “Quranın tarixi möcüzələri”, “Quranın gələcək barədə verdiyi xəbərlər” mövzuları da yer alacaq.

Xatırladaq ki, konfransda İslamın ictimai, iqtisadi, hüquqi quruluşları, İslam nöqteyi-nəzərindən elm və texnologiya məsələləri araşdırılacaq.

Tədbir Malayziya Alimlər İttifaqının dəstəyi, Malayziya Müsəlma Mütəfəkkirlər Assosiasiyasının həmkarlığı ilə dünyanın alim və mütəxəssislərini bir araya gətirmək, onların arasında əlaqə yaratmaq, İslami quruluşlar mövzusunda təhlil və təcrübələri bölüşmək və Qurandan yeni elmi-təcrübi yollar açmaq məqsədilə keçiriləcək.852651
captcha