İqna Quran Xəbər Agentliyi (İQNA): Kövsər kanalından verilən məlumata görə, 17 ökədən 96 iştirakçının qatıldığı müsabiqənin birinci mərhələsindən keçənlər ramazan ayının 30-da rəqabətə başladılar.
Bu müsabiqə ramazan ayının başlanması ilə bir çox ölkələrdə təşkil olunmuşdu və ramazan ayının sonlarında başa çatıb. İlk mərhələni keçməklə İran, İraq, Misir, Suriya, Bəhreyn, BƏƏ, Hollandiya, Əlcəzair, Əfqanıstan və Pakistandan olan 24 iştirakçı növbəti mərhələyə qalmışdı. Sonuncu mərhələdə isə Misir, İran, Pakistan və İraq qariləri yarışdılar və müvafiq olaraq 1-5-ci yerlərin sahibi oldular.
Sonuncu mərhələyə qədər bütün müsabiqə iştirakçıları telefon bağlantısı ilə yarışda iştirak edirdilər. Son mərhələ isə iştirakçının telekanalda birbaşa iştirakı ilə baş tutdu.
30 günlük müsabiqənin sonunda misirli İzzət Raşid 100 mümkün xaldan 89 xal toplayaraq 1-ci yerə layiq görüldü. İkinci yeri 88 xalla iranlı Muhəmməd Abbaszadə, üçüncü yeri 86.5 xalla misirli Muhəmməd Xuli, dördüncü yeri 83 xalla pakistanlı Hafiz Əhməd Haşimi və nəhayət beşinci yeri 82.5 xalla iraqlı Sirac Münir Bəşir tutdu. Qaliblər Tehranda təşkil olunacaq mükafatlandırma mərasiminə dəvət olunaraq mükafatlandırılacaqlar.
Yarışın ümumi mükafat fondu 15 min dollardır. Qaliblərə müvafiq qaydada 5, 4, 3, 2 və 1 min dollar hədiyyə ediləcək. Bundan başqa qalibləri İranı gəzmək və ziyarət etmək də gözləyir.
Xatırladaq ki, müsabiqənin münsiflər Misir, İran, İraq, Livan və Suriyadan olan 24 nəfərlik heyət idi və onlar hər qarinin çıxışından sonra canlı olaraq iştirakçıların kəsrlərini bildirirdilər.852695