İqna Quran Xəbər Agentliyi (İQNA): CPİ xəbər agentliyinin verdiyi məlumata görə, Həmas Fələstin İslami Müqavimət Hərəkatı Türkiyənin işğalçı rejimlə siyasi münasibətləri kəsməsi və bu rejimin səfirinin ölkədən çıxarılması qərarını alqışla qarşılayıb.
Bu barədə verilən bəyanatda deyilir: “Qəzzanın azadlıq gəmisinə hücumun və insan hüquqları müdafiəsinin fəallarının qətlinin cavabı olaraq bu addım çox münasib və doğru atılmışdır.”
Bəyanatda həmçinin bildirilir ki, Türkiyə dövləti ilə həmrəyliyimizi elan etməklə yanaşı, onların siyonist rejimin beynəlxalq mühakiməyə çıxarılması səylərini də təqdirəlayiq hesab edirik.
Bəyanatın sonunda İslam ölkələrindən siyonis rejimin mallarının baykot edilməsi, müstəqil Fələstin dövlətinin yaradılmasını himayə etmələri çağırışı yer alır.
Bu arada Əl-Mənar xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin rəsmiləri də Türkiyənin işğalçı rejimin səfirinin ölkədən çıxarılması qərarına müsbət yanaşdıqlarını və təşəkkür etdiklərini bəyan ediblər. 853446