İqna Quran Xəbər Agentliyi (İQNA): Nəsic xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Əzhər Şeyxi Əhməd Teyyib sionist rejim Tövrat Alimləri Komissiyasının başçısı xaxam Ufadya Yusufun Hüsnü Mübarəkin bağışlanılması üçün fətva verilməsi istəyini qəbul etməyib. Şeyx Əhməd Teyyib mövzuyla əlaqədar olaraq bunları söyləyib: “Əl-Əzhər sionist rejim xaxamlarıyla Hüsnü Mübarək mövzusunda heç bir şəkildə dialoqa girməyəcək.”
Əl-Əzhər Şeyxi sionist rejimlə dialoq mövzusunda öz qurumunun rəftarının açıq olduğunu və sonist rejimlə əlaqənin Əl-Əzhər Universiteti tərəfindən düşüncə tərzində yumşaqlığın olması mənasını verdiyini və bu yumşaqlığın Əl-Əzhərin heç bir şəkildə göstərməyəcəyini dilə gətirib. 854280