İqna Quran Xəbər Agentliyi (İQNA): Albayan xəbər agentliyinin verdiyi məlumata görə, Ayətullah Əli Sistani telefon görüşməsində Ayətullah İsa Qasimin sağlıq durumu haqqında məlumat əldə edib və müsəlmanların xüsusilə Bəhreyn xalqının vəziyyəti haqqında söhbət edib.
Ayətullah Sistani müsəlmanların çətinliklərinin sona çatması üçün dua edərək İslam ümmətinin vəziyyətini daim izlədiklərini, mövcud problemlərlə mübarizə etməkdə onlara dəstək olduqlarını və Bəhreyn böhranının sona çatması üçün çalışdıqlarını vurğulayıb.
Ayətullah İsa Qasim Ayətullah Sistaniyə onun səhhəti ilə maraqlandığı və islam ümmətinə verdiyi dəstəkdən ötrü təşəkkür edib. 854195