IQNA

Ərəbistanın Qətif şəhərində Bəqinin dağıdılmasının ildönümü keçirilir

18:28 - September 08, 2011
Xəbər sayı: 2183652
Beynəlxalq şöbə: Məsumların məzarları olan Bəqi qəbristanlığının dağıdılmasının ildönümünə həsr olunmuş mərasim sentyabrın 7-də şiə əhalisi olan Qətifdə təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Rasid xəbər agentliyindən verilən məlumata görə, bu mərasim vəhhabilərin 8 şəvval tarixində Bəqi qəbristanlığını dağıtdıqları günün ildönümündə İmam Hüseyn (ə) məscidinin və Xanim Zeynəb (s.ə) heyətinin dəstəyi ilə təşkil olunub.
İmam Hüseyn (ə) məscidində təşkil olunan mərasimdə ərəbistanlı şiə alimlərindən olan Şeyx Naci İbadi də iştirak edib. Xanım Zeynəb (s.ə) heyəti isə öz tədbirini Şeyx Muhəmməd məscidində keçirib. Bu mərasimdə məddahlardan Bəndər Şureymi və Həsən Əsiri iştirak edib. 856363
captcha