İqna Quran Xəbər Agentliyi (İQNA): Palestine Info xəbər agentliyindən verilən məlumata görə, Davudoğlu bəyan edib ki, əgər siyonist rejim cinayətkar əməllərindən əl çəkməsə, geniş surətdə ərəb ölkələrinin müqaviməti ilə qarşılaşacaq.
O, bildirib ki, İsrail bu hərəkətləri ilə ümid edilən bütün sülh yollarını öz üzünə bağlayıb. Azadlıq və demokratiya uğrunda mübarizə aparan ərəb ölkələri böyük qüdrətlə bu rejimin önünü kəsəcək. Onun fikrincə İsraili müdafiə edən Avropa İttifaqı da bu yersiz müdafiə siyasətindən əl çəkməsə, ərəb azadlıqsevərlərinin bu qüdrətilə qarşı-qarşıya durmalı olacaq. 856412