IQNA

Türkiyə İsrail diplomatlarının ölkədən çıxmaları üçün 2 gün vaxt verdi

18:37 - September 08, 2011
Xəbər sayı: 2183658
Beynəlxalq şöbə: Türkiyənin Xarici İşlər Nazirliyi ölkədəki ali rütbəli İsrail diplomatlarına ölkəni tərk etmək üçün 2 gün fürsət verib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Palestine İnfo xəbər agentliyindən verilən məlumata görə, Türkiyə sionist rejimlə münasibətlərinin gərginləşdiyi bir vaxtda ölkədəki israilli diplomatları tez bir zamanda öz vətənlərinə dönməyi tələb edib. Israilin azadlıq karvanına hücumunun ardından rəsmi Ankaradan üzrxahlıq etməyəcəyini bəyan edəndən sonra sionist diplomatlarının Türkiyə ərazisində qalmaları qeyri mümkün həddinə çatıb.

Xatırladaq ki, keçən il Mavi Mərmərə gəmisinə İsrail hərbçilərinin hücumu zamanı 9 nəfər həlak olmuşdu. Bundan sonra Türkiyə İsraildən üzr istəməyi tələb etmişdi. Lakin İsrail tərəfi üzrxahlıq etməkdən boyun qaçırmışdı.

Türkiyənin son tələbindən sonra İsrail də Türkiyənin diplomatlarını ölkədən çıxaracağı barədə bəyanat verib. 856274
captcha