IQNA

Türkiyənin İsrail səfirini öz ölkəsindən xaric etməsini Hizbullah hərəkatı müsbət qarşılayıb

18:46 - September 08, 2011
Xəbər sayı: 2183666
Beynəlxalq şöbə: Livan Hizbullahının məsulları Livan İslam Cəmiyyəti ilə Beyrut şəhərində keçirilən görüş zamanı Türkiyə hökumətinin işğalçı rejim diplomatlarının ölkədən çıxarılmasını alqışlayıblar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar xəbər agentliyindən verilən məlumata görə, Livan Hizbullahının məsullarının Livan İslam Cəmiyyəti ilə Beyrut şəhərində keçirilən görüş zamanı sionist rejimə qarşı islam ölkələrinin vəhdət şəklində mübarizə aparmalarının zəruriliyi vurğulanıb.

Bu iki qurum Türkiyə hökumətinin işğalçı rejim diplomatlarının ölkədən çıxarılmasını da alqışlayıblar.
Hizbullah siyasi şurasının üzvlərindən olan Əbdülməcid Əmmar və Muhəmməd Saleh, həmçinin Livan İslam Cəmiyyətinin siyasi şöbəsinin 2 üzvü Bəssam Həmud və Vail Nəcm də görüşdə iştirak ediblər.

Görüşdə həmçinin milli və islami sahədə siyasi məsələlər müzakirə olunub, digər hüquqi məsələlərə münasibət bildirilib. 856189
captcha