IQNA

Yeni İslam-İran sivilizasiyasının genişlənməsində dil amilindən istifadə etmək zəruridir

21:23 - September 11, 2011
Xəbər sayı: 2185288
Beynəlxalq şöbə: İ.İ.R-nın Britaniyadakı Mədəniyyət Mərkəzinin rəhbəri yeni İslam-İran sivilizasiyasının genişlənməsində mədəniyyəti, xüsusilə İslam mədəniyyətini tanıtmaq üçün dil faktorundan istifadə etməyin zəruriliyini vurğulayıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): İ.İ.R-nın Britaniyadakı Mədəniyyət Mərkəzinin rəhbəri Əli Muhəmməd Helmi İQNA Quran Xəbər Agentliyi ilə söhbətində bildirib: “Yeni İslam-İran mədəniyyətini tanıtmaq üçün yeni üslublardan istifadə etmək lazımdır. Bu yollardan ən mühümü dil faktorudur. Bu yol sivilizasiyanın genişlənməsində müstəsna rola malikdir. Xaricdəki mədəniyyət mərkəzləri bu yöndə bütün güclərini səfərbər etməli və yeni üsullardan istifadə etməlidirlər. Xaricdə olduğu kimi ölkə daxilində də bu istiqamətdə iş aparılmalıdır. Bununla da hər kəs bu işin zəruriliyini dərk etməlidir.”
O, həmçinin İran İslam Respublikasının nailiyyətlərini müxtəlif dillərə, xüsusilə ingilis dilinə tərcümə edilərək təqdim olunmasının vacibliyini qeyd etməklə İslam-İran mədəniyyətini dünyaya tanıtdırmaq haqqında fikirlərini bölüşmüşdür. 857333
captcha