IQNA

21:24 - September 11, 2011
Xəbər sayı: 2185290

Fransa müsəlmanlar Şurası müsəlmanları öldürmək çağırışlarını pisləyiblər

Beynəlxalq şöbə: Fransa müsəlmanlar Şurası (CFCM) bəyanat yayaraq ölkədə İslam əleyhdarı olan bir qrupun sentyabrın 7-i facebookda “Müsəlmanları Qurban bayramı günü qurban edək” səhifəsini yaradaraq Qurban Bayramı günü müsəlmanları öldürməyə yönəli çağırışlarını kəskin şəkildə pisləyib.

İqna Quran Xəbər Agentliyi (İQNA): RTBF xəbər agentliyinin verdiyi məlumata görə, müsəlmanların öldürülməsinə dəvət üçün hazırlanan bu səhifəyə reaksiya vermək məqsədilə Fransa Müsəlmanlar Şurası bəyanat yayıb. Bəyanatda deyilir: “İnsanları Qurban bayramı günü bu xoşagəlməz aksiyaya səsləməyin ardınca Norveçin Oslo şəhərindəki kimi hadisələrin baş verməsi ehtimalı vardır.”
Şuranın məsullarından olan Əbdullah Zikri bildirib ki, bu səhifəni quranlara şikayət olaraq etiraz məktubu da hazırlayıb və Facebook rəhbərliyinə göndərib.
O, həm də qeyd edib ki, Qurban bayramı təkcə müsəlmanlara məxsus deyil. Bu, müsəlmanlarla yanaşı təkallahlılığa inanan hər kəsi təhqir etmək deməkdir. 857541
captcha