IQNA

Din və mədəniyyət müştərək dəyərlərə əsaslanan yaxınlaşmanın inkişaf etməsinə zəmanət verir

16:04 - September 12, 2011
Xəbər sayı: 2185975
Beynəlxalq şöbə: İslami Əlaqələr və Mədəniyyət İdarəsinin rəhbəri 11 sentyabr hadisələrindən 10 il keçdikdən sonra dini nəşrlərin xüsusiyyəti və dünyadakı müsbət təsirinə işarə edərək deyib: Din və mədəniyyət müştərək dəyərlərə əsaslanan yaxınlaşmanın inkişaf etməsinə zəmanət verir.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsinin rəhbəri Muhəmmədbaqir Xürrəmşad Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən İctimai Araşdırmalar Mərkəzinin “Elbrus” salonunda “Dinlərarası dialoq və Asiya mədəniyyətləri” mövzusunda keçirilən beynəlxalq konfransda bu mövzuda belə deyib: “Din – etiqadi, əxlaqi və dəyərlər toplumu baxımından regiondakı yaxınlaşmada ən ümdə rolu üzərinə götürür.”
O, dinin müxtəlif sahələrinə, o cümlədən əxlaqi, hüquqi, sosioloji xüsusiyyətlərə diqqət yönəldərək bildirib ki, din bu sahələrdə sülh və mənəviyyatın genişlənməsi istiqaətində xidmət göstərə bilər. Çünki din və mədəniyyət müştərək dəyərlərə əsaslanan yaxınlaşmanın inkişaf etməsinə zəmanət verir.
11 sentyabr hadisələrinin 10-cu ildönümünü gününə təsadüf edən çıxışda Xürrəmşad qeyd edib ki, kaş bu hadisələrin ardından dünyada dinlərarası və mədəniyyətlərarası dialoq inkişaf edəydi və biz İraq, Əfqanıstan kimi ölkələrə təcavüzün, Qurana və İslam Peyğəmbərinə (s) təhqirin şahidi olmayaydıq. 858427
captcha