IQNA

Fələstinli rəsmilər Əqsa məscidinin bölünə biləcəyindən xəbər verirlər

16:10 - September 12, 2011
Xəbər sayı: 2185986
Beynəlxalq şöbə: Fələstinin Beytul Müqəddəs şəhərinin rəsmiləri işğalçı sionist güclərinin Əqsa məscidinin bir qismini yəhudilər üçün ayırmaq barədə layihə hazırladıqlarını bildiriblər.

İqna Quran Xəbər Agentliyi (İQNA): Palestine İnfo xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin rəsmiləri sionist güclərin Əqsa məscidinin bir hissəsini yəhudilər üçün ayırmaq barədə layihə hazırladıqlarını və bu layihə həyata keçirilərsə yarana biləcək problemlər mövzusunda müsəlmanları və dünyanı xəbərdar etmək üçün bəyanat yayıblar.
Buna bənzər bir layihəni işğalçı güclər 2010-cu ilin fevral ayında Xəlil şəhərində olan İbrahim Məscidində tətbiq etmiş və bu məscidi Sionist Milli Mirası siyahısına daxil etmişdilər.
Xatırladaq ki, bəyanatda həmçinin Qüds şəhərində saysız yəhudi məskənlərinin yaradılması mövzusunda da xəbərdarlıq edilib. 857987
captcha