IQNA

Küveyt xalqı demokratik dövlət qurulmasını istəyir

13:23 - September 18, 2011
Xəbər sayı: 2189220
Beynəlxalq şöbə: Yüzlərlə küveytli Küveyt dövlətinin yanlış siyasətlərinə etiraz etmək və ölkədə demokratik bir dövlətin qurulması istəyi ilə nümayiş təşkil etdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): AFP fransız xəbər agentliyinin verdiyi məlumata görə, Küveyt xalqı, dövlətin siyasi və ictimai islahatlar etməsi tələbi ilə küçələrə tökülüb.
Əksəriyyəti gənclərdən ibarət təşkil olunan Xalq Günü nümayişində xalq, baş nazir Nasir Muhəmməd Əhməd Səbahın vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.
Nümayişçilər Küveytdə meydana gələn hər cür özbaşınalıqları pislələyərək Səbah ailəsindən olmayan yeni baş nazirin seçilməsini istəyiblər. 862115
captcha