IQNA

İran İslam İnqilabı regiondakı İslami oyanış üçün ən yaxşı nümunədir

13:42 - September 19, 2011
Xəbər sayı: 2189940
Beynəlxalq şöbə: İraq Ali İslam Şurasının rəhbəri İran İslam İnqilabının bölgədəki islami oyanış üçün ən ideal nümunə olduğunu deyib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm kanalından verilən məlumata görə, İraq Ali İslam Şurasının rəhbəri Seyyid Əmmar Həkim Tehranda keçirilən “Beynəlxalq İslami Oyanış” konfransında etdiyi çıxışında İslami oyanışa yönəlmənin bölgədəki İslam ölkələrinin gələcək üçün seçdikləri yol olduğunu açıqlayıb.
Əmmar Həkim sözünün davamında İslami oyanışın İslam dünyasının qurtuluşu üçün tək yol olduğunu və İran İslam İnqilabının bölgədəki bu oyanışın və İslam ölkələrinin qurtuluşu üçün həqiqi bir nümunə olduğunu deyib.
O, həmçinin qeyd edib ki, oyanış baş verən ölkələr iqtisadi baxımdan mənfi yöndə təsirlənməməyə və onları yollarından sapdırmamağa çağırıb. 862980
captcha