IQNA

16:03 - September 21, 2011
Xəbər sayı: 2191553
Beynəlxalq şöbə: Fələstinin müstəqil dövlət kimi rəsmən tanınması barədə söz-söhbətlərin getdiyi bir zamanda Fələstinin Həmas İslam Hərəkatı ölkənin qanunverici orqanında təşkil edilən iclasda BMT-dən Fələstinin öz torpaqlarının hamısına hakim olduğunu rəsmən tanıması istənilmişdir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “Yeddinci gün” qəzetinin yazdığına görə, Həmasın rəhbərlərindən olan Xəlil Həyyə sentyabrın 18-də ölkənin qanunverici orqanında təşkil edilən və İsmayıl Həniyyənin də iştirak etdiyi iclasda bu barədə belə deyib: “Biz Birləşmiş Millətlər Təşkilatından tələb etməliyik ki, Fələstini tarixi torpaqlarına sahib olduğu halda rəsmən tanısın. BEynəlxalq təşkilatlar da Fələstinlə bağlı öz öhdələrinə götürdükləri vəzifələri yerinə yetirməkdə səy etməlidirlər.”
O, Fələstin Azadlıq Hərəkatının üzvlərinə müraciət edərək bildirmişdir ki, bu qurum öz hüquqlarına əsaslanaraq onları müdafiə etməlidir. Fələstinin hətta bir qarış torpağı belə bu hüquqdan kənarda qalmamalıdır.
Xəlil Həyyə sözünün sonunda deyib: Fələstin nümayəndələri və rəhbərləri bu torpaqların azadlığı uğrunda mübarizəni davam etdirməli və bütün fələstinli köçkünlərin öz torpaqlarına qayıtması üçün müqavimət göstərməlidirlər. 863846

Ad:
E-poçt:
* Comment:
* captcha: