IQNA

16:19 - September 22, 2011
Xəbər sayı: 2191909
Beynəlxalq şöbə: Liviya Keçid Şurasının bayrağı Nyu Yorkda təşkil edilən yığıncaqlarda dalğalanıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Darul-xəlic qəzetinin verdiyi məlumata görə, Liviyadakı vəziyyəti araşdırmaq və Liviyaya beynəlxalq dəstəyin təmin edilməsi məqsədilə təşkil edilən yığıncaqda iştirakçılar Qəzzafi rejiminin sona çatmasının lazım olduğunu dilə gətiriblər.
Amerika prezidenti Barak Obama, Liviya Keçid Şurasının rəhbəri Mustəfa Əbdülcəlil, Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun, Fransa və Türkiyə prezidentləri və Qatar əmirinin qatıldığı yığıncaqda Liviyanın himayə edilməsi mövzusuna toxunulub.
Təşkil edilən yığıncaqda çıxış edən Liviya Keçid Şurasının rəhbəri Mustəfa Əbdülcəlil Liviyaya dəstək barədə, xüsusilə sərhəd qaçaqçılığına maneə törədilməsi haqda və Liviyanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasında beynəlxalq dəstəyin təmin edilməsi mövzusunu dilə gətirib. 865049
Ad:
E-poçt:
* Comment:
* captcha: