IQNA

16:27 - September 22, 2011
Xəbər sayı: 2191916
Beynəlxalq şöbə: Bəhreynli inqilabçılar 23 sentyabr cümə gününü “Şəhidlər meydanına qayıdış” günü adlandırdıqlarını və diktator rejimin təzyiqinin şəhidlər meydanına qayıdışa mane olmayacağını deyiblər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, bəhreynli inqilabçılardan Əli Muşeymə Əl-Aləm telekanalına verdiyi müsahibədə bildirib ki, Ali Xəlifə rejimi bəhreynli inqilabçıların şəhidlər meydanına toplanmasına maneə törətmək üçün təzyiq göstərə bilməyəcək.
Əli Muşeymə son günlərdə rejimin təzyiqinin artdığını və gəncləri təhdid edərək şəhidlər meydanında toplanılmasına maneə törətməyə çalışdığını söyləyib. O, həmçinin bildirib ki, Ali Xəlifə rejimi tərəfindən tətbiq olunan bu təzyiq rejimin tərəfindən gözlənilən nəticəni verməyəcək və bu təzyiqlər daha çox gəncləri cümə günü şəhidlər meydanına toplanmağa təşviq edəcək. 864979
Ad:
E-poçt:
* Comment:
* captcha: