IQNA

13:04 - October 12, 2011
Xəbər sayı: 2203702

Livan və Suriyanın hər cür hücumuna cavab üçün şəhidlik əməliyyatları

Beynəlxalq şöbə: Suriya müftisi Suriya və Livan millətlərinin birliyini nümayiş etdirmək üçün 151 xanımdan təşkil olunmuş “Məryəm 2” karvanının üzvləri ilə görüşü əsnasında dedi: Suriya yaxud Livana hər cür hücum şəhidliklə nəticələnəcək.

İran Quran Xəbər Agentliyi (İQNA): Seda Anlayn xəbər bürosunun məlumatına əsasən, Suriya müftisi Əhməd Bədrəddin Həsun bu görüşdə dedi: Suriya və Livan xalqı iki ölkədə bir millətdir, amma qərb Livan və Suriya əleyhinə törətdiyi hər bir təxribatı zamanı bilməlidir ki, bütün Livan və Suriya oğulları şəhid olana qədər onlara müqavimət göstərməyə hazırdırlar.
Qeyd edilməlidir ki, Livan heyəti mehr ayının 16-sı Hələbə daxil oldu, Suriyanın böyük şeyxi ilə görüşündə onun oğlu Sariyə Əhməd Bədrəddin Həsunun terrorist qruplar tərəfindən şəhid olması münasibətilə müftiyə baş sağlığı verdilər. 877564
captcha