İran Quran Xəbər Agentliyi (İQNA): Ərəbistanda çap olunan “Əlvətən onlayn” qəzetinin məlumatına əsasən, İslam vəqf idarəsi və Ərəbistanın irşad və islam nazirliyi bu ölkədə keçirilən 33-cü beynəlxalq Quran müsabiqələrinə nümayəndəlik edərək bu ölkənin adları və iştirakçıların adlarını açıqladı.
Bu müsabiqənin ümumi rəhbəri Mənsur İbn Məhəmməd Əl-Məsih bildirdi: dünyanın bütün yerlərindən 52 ölkə üzrə 154 nəfər müsabiqədə iştirak edəcək.
Mənsur İbn Məhəmməd Əl-Məsih sözünə davam etdi: bu müsabiqənin ilk pilləsində 17 , ikinci pilləsində 45, üçüncü pilləsində 36 , dördüncü pilləsində 38 , beşinci pilləsində isə 18 iştirakçı rəqabət aparacaq.
Bu hesabata əsasən, 33-cü beynəlxalq Qurani-Kərim müsabiqələri Quranın əzbərlənməsi, təcvidlə və təfsirlə oxunması sahələrində keçirilir və bu müsabiqələrin gələcəkdə hicri-qəməri 1433-cü ildə Məkkədə keçirilməsi nəzərdə tutulur. 881409