Beynəlxalq şöbə: Misirin ölkədən xaricə qarət edilmiş sərvətləri ilə bağlı iş aparan məhkəmə komitəsi Misirin devrilmiş prezidenti Həsəni Mübarəkin övladları Əla, Camal tərəfindən 340 milyon dollarlıq sərvətinin İsveç bankında aşkarlandığını bildirmişdir.
İran Quran Xəbər Agentliyi (İQNA): Əl-Cəzirə telekanalının məlumatına əsasən, Misir məhkəməsinin baş katibi Asim Əl-Cohəri bu xəbəri elan edərək dedi: Həsəninin övladları Əla və Camalın İsveç bankında təqribən 340 milyon dolları vardır.
O əlavə etdi: Bundan belə bir nəticəyə gəlmək olar ki, Mübarəkin bu iki oğlunun İsveç bankında pulunun miqdarı çox idi, amma Misir inqilabının qələbəsindən sonra İsveç dövləti onun çox hissəsini mənimsəmişdir.
Qeyd olunmalıdır ki, Həsəni Mübarək və oğlanları Misir xalq inqilabını qələbəsindən sonra müxtəlif ittihamlarla mühakimə olunurlar. 882162