IQNA

“İslam dirçəliş dünyasının mükafatı” adlı festival keçiriləcək

13:13 - October 27, 2011
Xəbər sayı: 2212734
Beynəlxalq şöbə: “İslam dirçəliş dünyasının mükafatı” adlı festival aban ayının 7-si İslam mədəni əlaqələr şöbəsinin təşəbbüsü ilə bu təşkilat binasında keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu festival İslam mədəni əlaqələr təşkilatının “Şəhid Rəhimi” adlı ictimaiyyət salonunda saat 10:30-da keçiriləcək.
İslam mədəni əlaqələr təşkilatının rəhbəri Muhəmməd Bağır Xorrəmşah, bu təşkilatın mədəniyyət katibi Əli Əsgəri, həmçinin “İslam dirçəliş dünyasının mükafatı” festivalının baş katibi və bir çox şura üzvləri və siyasətçilər iştirak edəcəklər.
Bu iclasın ən böyük mükafatı dünya standartlarına əsasən 10 min yevro nəzərdə tutulmuşdur. Festivalın qabaqcıl şəxslərinə 2500 yevro veriləcək. Həmçinin əsərləri nümayiş etdirilən bütün iştirakçılara şirkətin sertifikatı və festivalın kitabı hədiyyə veriləcək. 887869
captcha