IQNA

21:21 - October 30, 2011
Xəbər sayı: 2214629
Beynəlxalq şöbə: Liviya xalqının bir hissəsi Bonqazi şəhərində İslam dininin əsaslarının təsdiqlənməsi üçün ölkədə yeni qanunların yaradılmasını tələb etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “Məktub” xəbər bürosunun məlumatına əsasən, aban ayının 6-sı “Əl-təhrir” meydanında toplaşaraq bildirdilər ki, Quran müsəlmanların həyatının əsasıdır, Liviyanın yeni qanunları da bu şəriətə uyğun olmalıdır.
Bonqazi məscidinin İmam Camaatlarından biri Əhməd Əl-məqrebi də bu barədə dedi: Biz bir müsəlman ölkəsiyik, bizim ölkə qanunlarımız da etiqadımıza uyğun formalaşmalıdır.
Bu fikirdə olan şəxslərindən biri də Səbri Əli Əhməddir , o da bu barədə beləbir fikir irəli sürdü: Qəzzafinin dövründə İslam dininin əsasları rəsmi şəkildə icra edilmirdi. Amma biz onu ailələrimizdə yerinə yetirirdik.
Qeyd olunmalıdır ki, Liviya milli şurasının rəhbəri Mustafa Əbdülcəlil Qəzzafinin ölümündən 3 gün sonra bildirdi ki, Liviyanın əsas qanunları bundan sonra həyata keçiriləcək. 888832
Ad:
E-poçt:
* Comment:
* captcha: