İran Quran Xəbər Agentliyi (İQNA): Küveyt (KUNA) xəbər bürosunun məlumatına əsasən, bu qurultay “Əsaslı inkişaf və islam iqtisadiyyatının tərəqqisi” şüarı altında keçirilmiş və daha iki gün davam edəcək.
Dünyanın 40-dan çox ölkəsini təmsil edən iqtisadiyyatçıları, mərkəzi bankların nümayəndələri və ekspertləri bu qurultayda iştirak etmişlər və “İslam iqtisadiyyatı çərçivəsində”, “İslam iqtisadiyyatının tarixçəsi”, “İslamda maliyyə və kredit siyasətlərinin üsulları” bu qurultayın əsas mövzularını təşkil edib.
Qətərin mərkəzi bankının rəhbəri Şeyx Abdullah Bin Səud Ali Sani bu qurultayda bildirdi: islam bankları keçən illər ərzində islam bankçılıq sənayesində göz qamaşdırıcı inkişafın şahidi olmuşdur və bir çox beynəlxalq məntəqə şöbələrini özünə cəlb etmişdir. 919338